Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əgər xoşbəxt olmaq istəyirsinizsə... - VACİB TÖVSİYƏLƏR

Rusiyalı şair, yazıçı, jurnalist və ədəbi tənqidçi Nika Baxten hesab edir ki, əgər xoşbəxt və hüzurlu olmaq istəyirsənsə, onda heç kimi yanında məcburi saxlamamalısan.

Mynews.az Nika Baxtenin şəxsi münasibtələrin uğurlu alınmasında faydalı ola biləcək fikirlərini təqdim edir:

İnsanlar birlikdə olmaq istədiyi müddətdə bərabər olacaqlar. Nə borc, nə şərəf, nə də əxlaq insanı digəri ilə birlikdə olmağa vadar edir. İnsan getmək istəyirsə, həm evdən, həm övladlarından, həm də ölüm ayağından gedəcək. İstəmirsə, qalacaq.

Əgər insan birlikdə olmaq istəyirsə, heç bir qüsur ona mane olmayacaq.

Əgər insan getmək istəyirsə, onda sənin heç bir ləyaqət və məziyyətlərin onu saxlamayacaq.

Nə qədər çirkin və cəlbedici olsan belə, səni bəyənən biri tapılacaq. Nə qədər gözəl və xoşagələn olsan da, səni qəbul etməyən kimsə var.

Sizi kimsə tərk edibsə, bu, heç nə demək deyil. Sən nə pis olursan, nə də azalırsan. Əslində qorxulu heç nə baş vermir. Bu dünyada sənin insanın var və o, səni qəbul edəcək.

Əgər səni kimsə qəbul edibsə, deməli, bir gün ayrılacaqsınız, həyatda olmasa belə ölüm ayıracaq. Odur ki, əlində olanların qədrini bil, itirdiklərinə görə təəssüflənmə və itirməkdən heç vaxt qorxma!

Sevin ki, sənə nur saçan insan var. Özün də işıq saç, işıq nə qədər çox olarsa, qorxu və qəlbdəki qaranlıq bir o qədər az olar.

Yarpaq ağaca qayıtmaq istəsə, axına qarşı üzə və küləyə qarşı uça bilər. Amma ağac onu əvvəlki budağa qaytara bilməz.

Nə qədər çox sevirsənsə, nə qədər çox sevgi verirsənsə, bir o qədər çox qalır. Əgər sevgi verməklə nifrət və ya ağrı hiss edirsənsə, demək ki, sən o insana zəhər qatılmış şokolad qlazuru vermisən. Çətin ki, belə bir hədiyyəyə görə təşəkkür gözləməyə dəyər.

Burax. İnsana sənin məhəbbətinin güzgüsündən başqa istədiyi kəslə birlikdə olmağa icazə ver. Sevdiyin insana qovuşmaq - istisna istedad və nadir lənətdir. Özün ol, ləyaqətli ol, qorxunu unut. Bir dəfə o, ümumiyyətlə qayıtmayacaq. Amma bu gün yox.

İnan. Güvən. İsit. Təşəkkür et. Baş verə biləcəklər haqda düşünmə - ancaq indidən və burdan düşün, alov və sudan, ulduzların altında.

Ölmüş sevgi leş iyi verməyə başlamamış get. Arzun asılılığa çevrilməmiş gəl.

Pulla alınanlar, ancaq pula satılır. Yalvar-yaxarla alınmış, oğurlanıb aparılmış hər bir şey bir gün çox gözəl şəkildə geri alınacaq. Ürəkdən və xoş məramla verilən hər şey qiymətsizdir.

Öz səadətini necə tanımalı? Sadədir. Onunla doğru zamanda və doğru yerdə rastlaşacaqsan. O bilmirdi və sən çağırmamışdın. Siz sadəcə bir-birinizi tapdınız. Və siz bundan sonra hara getsəniz də, həyat yolunuz eynidir!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...