Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

9000 il əvvəl ölmüş qızın siması canlandırıldı - Bu qızın yaşı sizi təəccübləndirəcək 4 foto

Afrikanın Pretoriya Universitetinin alimləri təxminən 9000 il əvvəl yaşamış qızın  kəllə sümüyü əsasında  müvafiq kompüter proqramında 3D printerin köməyi  ilə onun üz  cizgilərini canlandıra biliblər.

Bizimyol.net BBC-yə istinadən xəbər verir ki, çox sərt üz cizgilərinə malik qızın 18 yaşında olduğu təxmin edilir. Alimlər onun göz və dəri rəngini regionda yaşayan əhalinin ümumi dəri rənginə uyğunlaşdırıblar.

Rekonstruksiya əməliyyatında patoloqanatomistlər, endokrinoloqlar, ortopedlər, nervopotoloqlar və rentgen mütəxəssisləri iştirak ediblər.

Photo by OSCAR NILSSON

9000 il əvvəl yaşamış qızın yaşı dişlərinə əsasən müəyyən edilib. Birgə əməyin məhsulu olan qıza yunan dilindən tərcümədə  sübh çağı mənasını verən Avqi adı verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...