38 il sonra şəklini "Facebook"da gördü - şoka düşdü - FOTO
İngiltərədə yaşayan Amanda Skarpinati adlı gənc qadının başına maraqlı hadisə gəlib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, 1977-ci ildə Amanda 3 aylıq olarkən yanmış və 3-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.
Hazırda vəziyyəti yaxşı olan və yanıq izlərindən zamanla qurtula bilən Skarpinati uşaqlıqda bunun əziyyətini çəkdiyini bildirib.
O, təsəllini həmin vaxt xəstəxanada onu qucağında saxlayan tibb bacısından aldığını və məktəb illərində onu ələ salarkən həmin şəklə baxıb tibb bacısı ilə danışdığını bildirib.
20 il Amanda həmin tibb bacısını axtarsa da, lakin tapa bilməyib. Daha sonra o, "Facebook" da şəkli yerləşdirərək, hər kəsdən onu paylaşmağı və həmin qadını tapmaqda ona yardımçı olmağı xahiş edib.
Elə səhəri gün gözlədiyi cavab gəlib. Belə ki, paylaşımlardan birini həmin tibb bacısı ilə eyni xəstəxanada çalışan bir qadın görüb və dərhal ona xəbər verib. Angela Leari adlı həmin tibb bacısı fotosunu sosial şəbəkədə görüb və şok olub.
Angela 38 il sonra Amanda ilə görüşüb. O, həmin anları xatırladığını bildirib:
"Onu yaxşı xatırlayıram. Çox sakit bir uşaq idi. Adətən uşaqlar əməliyyatdan çıxandan sonra ya yatırlar, ya da ağlayırlar. Amma Amanda tam fərqli idi. Belə bir şey nə qədər tibb bacısının bşına gəlib, bilmirəm. Xəstənizin, xüsusilə, körpə ikən sizi yadında saxlaması unudulmaz bir hadisədir".
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 918 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 901 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 592 dəfə oxunub