Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən varlı adamı ən maraqlı ofis inşa etdirdi - VİDEO

Dünyanın ən zəngin iş adamı, amerikalı Ceff Bezos sahib olduğu Amazon korporasiyası üçün ABŞ-ın Sietl şəhərində "Sferalar" ("The Spheres") adlı yeni ofis kompleksi inşa etdirib.

Milli.Az ABC-yə istinadən bildirir ki, "The Spheres" daxilində dünyanın hər yerindən gətirilmiş bitki və ağacların olduğu bir neçə sferadan ibarətdir.

İnşası 7 il davam etmiş kompleksə 4 milyard dollar xərclənib.

Kompleks ən böyüyü 27 metr hündürlüyə malik 3 şüşə sfera ətrafındadır.  Sferalarda 800 nəfər üçün iş yeri var.

Bu sferaların daxilində xüsusi mikroiqlim var: temperatur 22 dərəcəni, rütubət isə 60 dərəcəni keçmir.

Sferalardan birində 16 ton ağırlığında Ficus rubiginosa ağacı var. Amazon-da çalışanların "Rubi" adlandırdıqları bu ağac 16 il əvvəl Cənubi Kaliforniyadakı fermalardan birində əkilmişdi.

Ofisinin ən üst mərtəbəsində istirahət üçün xüsusi zona yaradılıb. Danışıq otaqları isə quş yuvaları formasındadır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...