Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəlin yatıb qaldı, toy baş tutmadı - FOTOLAR

Böyük Britaniyada 40 yaşlı Nikola Tuoxi ilə 38 yaşlı Darren Fernin uzun müddət planlaşdırdıqları toy mərasimi maraqlı səbəb üzündən baş tutmayıb.

Yenicag.az xəbər verir ki, onların tanışlığından cəmi beş həftə sonra Darren Nikolaya evlilik təklif edib. Lakin qadın evliliyə hazır olmadığını bildirib. Darren öz bəxtini 2015-ci ilin Müqəddəs Valentin günündə yenidən sınayıb və arzuladığı “hə” cavabını alıb.

Onlar 17 ay sonra, 2016-cı ilin iyulunda evlənməyə qərar verirlər. Nikolaya yenidən ailə həyatı qurmaqda onun öz ölvadları – 20 yaşlı Aleksandr, 8 yaşlı İzabella və ondan bir yaş kiçik Maks da yardım edirlər. Cütlüyün toy mərasiminə 80 qonaq dəvət olunub.

Hər şey ideal olsa da, toy günü bütün planlar korlanıb. Hər şeyə Nikolanın yatıb qalması səbəb olub. Belə ki, o, gecə yatarkən saatın xəbərdarlıq zəngini qurmağı unudub. Toy saatına qədər bəzənə bilməyəcəyini görən xanım yeganə çıxış yolunu göz yaşlarını axıtmaqda görüb. Bu azmış kimi, qızı da onun gəlinliyini taksidə unudub. Nəticədə, cütlüyün arzuladıqları toy baş tutmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...