Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Feysbuk-la bağlı ilginc qərar - Gözəl görünmək istədi, həbs edildi

İtaliya Ali Məhkəməsi “Facebook”da başqasının fotosunda istifadə edən qadını cəzalandırıb.

Mynews.az qaynarinfo-ya istinadən xəbər verir ki, İtaliya qanunlarına əsasən, özü və ya digər şəxs üçün üstünlük əldə etmək, kiməsə zərər vermək və ya aldatmaq məqsədilə başqasının fotosu və ya şəxsiyyət vəsiqəsindən istifadə edənlər 1 ilə qədər həbs cəzası ala bilər. Pordenone ərazisində yaşayan 30 yaşlı qadın başqasının fotosundan istifadə etdiyi üçün 15 günlük həbslə cəzalandırılıb. Qadın barəsində verilən qərar 3750 avro pulla əvəzlənib. Ödəniş 30 hissədə ediləcək. O, həmçinin məhkəmə xərclərini də ödəməlidir.

Qeyd edək ki, çıxarılan hökm “Facebook” qaydalarına da uyğun gəlir. Sosial şəbəkənin qanunlarında “İnsanlar “Facebook”da öz şəxsi informasiyalarından istifadə edərək əlaqə qurur. Digər şəxsləri yamsılayan bütün profilləri silirik” fikirləri qeyd olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...