Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

O, dünyanın ən tüklü adamı olmağına baxmayaraq, - çox xoşbəxtdir - VİDEO - FOTOLAR

ABŞ-da yaşayan və bədəninin 98 faizi tüklərlə örtülü olan bu şəxs dünyanın ən tüklü adamı kimi tanınır.   Kolgemedia.az xəbər verir ki, Leri Gomez dünyanın ən tüklü insanıdır. "Canavar Adam" kimi tanınan və  nadir xəstəlik- Hiperlökozdən əziyyət çəkən Gomezin dodaqları xaric hər yeri tüklərlə örtülüb. İnsanlar tərəfindən həmişə gülüş mənbəyinə çevrilən Gomez hazırda  "dünyanın ən tüklü adamı" kimi tanınmaqdan qürur duyur.     Kaliforniyanın San Bernardino şəhərində yaşayan Gomezin ailə üzvlərinin bir qismi də bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyinə görə onu cəmiyyətdən kənarlaşdıranlar çox olub. Buna baxmayaraq o, öz sevgisini də tapıb. 2011-ci ildə  özünə mənzil axtararkən tanış olduğu Alicia Martinez ilə evlənib.    Leri ayda bir dəfə tüklərini tamamilə kəsir. Onların çox tez uzanmasından şikayət edir.    Buna baxmayaraq Gomez həyatından razıdır və xoşbəxtdir.              

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...