Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağıl dişləri haqqında 3 vacib suala cavab

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır.

Mynews.az medicina.az-a istinadən dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir.
Müdriklik dişləri digərlərindən nə ilə seçilir?

Təkamül nəzəriyyəsinə görə, bizim əcdadlarımız daha çox bərk qidalar yeyirdi, onların çənələri müasir insandan daha güclü idi. Daha sonra qaşıq-çəngəlin icadı, yeməklərin yumşaq bişirilməsi ilə insan çənəsində dəyişikliklər baş verdi. İndi insanın çənəsində hər iki tərəfdə 3 çeynəyici diş sığışmır. Ona görə getdikcə uşaqlarda müdriklik dişi çıxnayacaq. Amma ən gehiş yayılmış problem: diş var, çıxır, amma o dişə çənədə yer yoxdur.

Nəyə görə ağıl dişini çıxarmaq lazımdır?
Digər çeynəyici dişlərdən fərqli olaraq, bu dişlərin kökü çox gec formalaşmağa başlayır- 17 yaşına kimi ağıl dişləri yatır. Proses işə düşəndə isə artıq çənə strukturu formalaşır və ayılan təzə dişə yer olmur. Ona görə ağıl dişləri əyilir, sıxılır, başqa dişi sıxır, gigiyena problemi yaradır, damağa təzyiq edir.
Bəzən ağıl dişi çıxır, amma gözlə görünmür. Amma o sizə elə gəlir ki, yoxdur, əslində isə diş damağın altında, sümük toxumasındadır. Dişin kökü var, amma diş özu 7ci dişin altında ilişib qalır. Nəticədə diş ağrıyır. Bəzi hallarda 7-ci dişi çəkməli olurlar. Ağıl dişi 7ci dişin altında qalıb onu sıxırsa, bu bəzən baş ağrısı verir və bəzən ağrının səbəbi tapılmır. Ona görə istənilən ortodontik müalicə zamanı bütün dişlərin rentgen çəkimi olunmalıdır ki, əgər altda qalan ağıl dişi varsa o çəkilsin. Çünki bu, gələcəkdə bir xeyli problem yarada bilər.

Alt və üst çənədə Ağıl dişinin fərqi nədir?
Yuxarı çənədə ağıl dişinin tapılması və çıxarılması daha asandır, çünki sümük toxuması daha aydındır. Alt çənədə isə sümük toxuması çox bərkdir, anesteziya çətin olur. Alt çənədə çeynəyici dişlərin kökünə yaxın alt çənə sinirləri yerləşir ki, bəzən ağıl dişinin kökü bu sinirləri sıxır, ağırlaşmalar yaradır. Ona görə alt çənədə ağıl dişini çəkmək stomatoloqdan diqqət tələb edir. Bəzən ağıl dişinin kökünün yerləşməsini dəqiq aydınlaşdırmaq üçün KT çəkimi tələb olunur. Lazım gələrsə ağıl dişi ümumi narkoz altında çıxarılmalıdır, çünki bu proses bəzən 2 saat çəkə bilər.

Əgər narahatlıq yaratmırsa, ağıl dişi qala bilərmi?
Bunun üçün siz alt və üst çənənin rentgen çəkimini edib, baxılmalıdır. Əgər yerləşmə normaldırsa, yer varsa, digər dişlərə problem yoxdursa, dişlər normal böyüyürsə, diş qala bilər. Amma o dişdən sizə hər hansı fayda da gəlməyəcək. Çünki çeynəmə prosesində iştirak etmir, heç bir ortopedik konstruksiya rolu daşımır. Amma ən ideal ağıl dişi belə perikoronit - yumşaq toxumanın iltohabı prosesinə səbəb ola bilər.

Nəticə: hamı üçün eyni qərar və davranış yoxdur. Ağıl dişi ilə necə davranmalı olduğunuzu yaxşı bir stomatoloq sizə başa sala bilər. Problemlidirsə çıxarın. Bunun üçünsə rentgen diaqnostika mütləqdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...