Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sakinlər gördükləri mənzərədən dəhşətə gəldilər - Sən demə meşədə 3 ildir ki...

Türkiyənin Antalya şəhərində meşədə tapılan sümüklər vətəndaşları çox təəccübləndirib.

Metbuat.az xəbər verir ki, Alanyaya bağlı Bektaş məhəlləsindəki meşə sahədə keçilərini otaran çoban günorta saatlarında bir insana aid sümük parçaları görüb. Çoban vəziyyəti dərhal polisə bildirib. Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıb.

Sakinlər təşviş içində və heyrət içində gedən prosesi izləyib.

Aparılan araşdırmalar nəticəsində sümüklərin, 2015-ci ildə Alanyada itən Norveçli turistə aid olduğu məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...