Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Baş ağrısı ilə yatan qadın oyananda hər kəsi heyrətə gətirdi

ABŞ-ın Arizona ştatında yaşayan Mişel Mayers tibb elmini heyrətləndirən bir  vəziyyətlə qarşı qarşıya qalıb. Şiddətli miqren ağrıları ilə yaşayan Mişel bir gün yenə baş ağrısını sakitləşdrmək üçün yuxuya daldı  və durunca  ingilis ləhcəsi ilə danışmağa başladı. Ömründə yaşadığı ştatdan kənara çıxmayan qadının birdən-birə ingilis ləhcəsi ilə danışması hamını, hətta özünü də heyrətləndirdi.

Mütəxəssislər bu xəstəliyə “Yad  ləhcə” sindromu deyirlər və bunun nevroloji bir xəstəlik olduğunu söyləyirlər. Texas Universitetinin alimləri bildirilər ki, “Yad ləhcə” sindromu  danışıq pozuqluğudur. Bunun beyindaxili hüceyrələrin zədələnməsi və hər hansı baş travması ilə əlaqədar olması düşünülür.

Maraqlıdır ki, bu Mayersin qarşılaşdığı üçüncü haldır. Bundan öncə də miqren tutmalarından uzunmüddətli yuxuya dalan qadın ayılınca İrlandiya və Avstraliya ləhcələri ilə ingilis dilində danışmağa başlamışdı və bu hal bir həftə sürmüşdü. İlk baxışda orqanizm üçün heç də qorxulu görünməyən bu hal, Mişelin özünü narahat edir və o özünü yad biri kimi hiss etdiyini söyləyir.

Bu kimi faktlara  tibb elmində nadirən olsa da rast gəlinir və pasiyentlərin hətta öncələr bilmədikləri dillərdə də danışmaları qeydə alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...