Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toyuq "qızıl" yumurtladı - 500 manat satılır

Türkiyənin Mersin şəhərində maraqlı hadisə baş verib.

Silifke əyalətində yaşayan Ayşə Civələk adlı qadın 25 ildir ki, yumurta satmaqla dolanır.

Lakin ötən gün Ayşənin bəslədiyi bir toyuq üzərində “1” yazılan yumurta yumurtlayıb. Həyatında ilk dəfədir belə bir hadisə ilə qarşılaşdığını deyən Ayşə dəyəri 1 lirə (0.50 qəpik) olan həmin yumurtanı min lirəyə (500 AZN) satmaq fikrindədir.

Civələk “Yalnız min lirə gətirən “1” yazısı olan yumurtanı ala bilər” deyib.

Kənd camaatı da heç vaxt belə bir halla rastlaşmadıqlarını və bunun Allahın möcüzəsi olduğunu bildiriblər:

“Bu, Allahın bir lütfüdür. İnanmayanlara gözəl bir örnəkdir. Bu, Allahın bir olduğunu göstərən hadisədir”.axar.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...