Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qız "Sevgillər Günü"ndə ona alınan gülü internetdə satışa çıxardı - "Solmağındansa, satıram!" (FOTO)

Bakıda online satış səhifələrinin birində satışa çıxardılan güllər ciddi müzakirəyə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, satış səhifələrinin birində xanınımlardan birinin yerləşdirdiyi elan müzakirələrin başlamasına gətirib çıxardıb. Belə ki, ona alınan gülləri təəcili satdığını qeyd edən xanım, onları dəyərindən ucuz, 20 manata satdığını yazıb. İstifadəçilər həmin paylaşımı edən xanımın sevgililər günündən bir gün sonra gülləri satışa çıxarmasını etirazla qarşılayıblar.

Şərhlərdə ona tutulan iradlara özünəməxsus cavab verən qız "zibil qutusuna atmaqdansa satmaq yaxşıdır" şərhini yazaraq müzakirəyə son qoymaq istəyib. Bu şərh istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onların bəziləri xanımla həmfikir olsalar da, çoxluq etiraz edib.

Həmin yazışmanın bir qismini təqdim edirik:

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...