Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəy və gəlin toy hədiyyəsini açdılar və bomba partlayışından yaralandılar

Hindistanın Odişa ştatında yeni evlənmiş cütlük toy hədiyyələrindən birinə qoyulmuş bombanın partlaması nəticəsində ağır xəsarət alıblar.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, ağır yaralanmış cütlük xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, yaraları ağır olan bəy xəstəxanada dünyasını dəyişib, qadın reanimasiyada qalmaqda davam edir. Bundan başqa, partlayış nəticəsində kişinin nənəsi də həlak olub.

Partlayış toydan bir neçə gün sonra, ər və arvad qonaqların mərasimə gətirdikləri hədiyyələri açdığı vaxtda baş verib. Hədiyyələrdən biri kişinin əlində partlayıb.

Polis bombanı kimin və nədən hazırladığını araşdırır.  
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...