Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu ölkədə qadınlar ağacla evlənir - FOTOLAR

Meksikadakı bir çox qadın kişilərdən əl çəkib ağacla evlənir. Gəlinliklə ağacların yanında poza verən qadınlar ağaclara əbədi sadiq olacaqlarını vəd edərək gövdələrini öpürlər.

Meksika ərazisinin təxminən üçdə biri meşələrlə örtülüdür və əksərən bu meşələrə cinayət qrupları tərəfindən nəzarət edilir.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Oaxaca əyalətində bir qrup qadın ağacların qırılmasına qarşı çıxmaq və ətraf mühit problemlərinə diqqət çəkmək üçün ağacla evləniblər.

Daha əvvəl də Perulu ekoloq aktivist Riçard Torres ikinci dəfə ağacla evlənərək ətraf mühit problemlərinə diqqət çəkərək ortaya maraqlı görüntülər çıxarmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...