Qiyamət baş verərsə, bu QAPI AÇILACAQ - FOTOLAR
Norveç 10 il əvvəl Şimal buzlu okeanının cənubunda yerləşən Svalbard adasında qurduğu qlobal toxum anbarının infrastrukturunu genişləndirəcək.
Publika.az xəbər verir ki, “THE Verge internet” saytının xəbərinə görə, hökumət səlahiyyətliləri ehtimal edilən qiyamət ssenarisinə hazırlıq çərçivəsində Yer kürəsindəki kənd təsərrüfatı məhsullarını qorumağı hədəfləyən anbarın infrastrukturun genişləndirilməsi üçün 100 milyon Norveç kronunun (12,7 milyon dollar) xərclənəcəyini açıqlayıblar.
Adada bir qayanın içində tikilən anbarda bir xidmət binası əlavə ediləcək. Həmçinin anbarın girişindəki tunel yenilənəcək.
Svalbardda toplanılan toxum nümunələri ilk dəfə 2015-ci ildə Suriyanın Hələb vilayətində regional toxum anbarının zərər görməsindən sonra Mərakeş və Livanda iki yeni regional toxum anbarının qurulması üçün istifadə edilmişdi. Anbardakı toxumlardan yetişdirilən məhsullardan alınan yeni toxumlar 2017-ci ildə anbarın ehtiyatına əlavə olunub.
Anbarda dünyadakı bütün toxum növlərinin toplanması planlaşdırılır. Onlardan Yer kürəsində fəlakətlərin baş verəcəyi və kənd təsərrüfatı məhsulları məhv olacağı halda, bu sahənin canlandırılması üçün istifadə ediləcək. Anbarda hazırda dünyanın müxtəlif ölkələrində yetişdirilən kənd təsərrüfatı məhsullarına aid 890 min toxum var. Amma anbarın 4,5 milyon toxum saxlama qabiliyyəti var.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1181 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 1148 dəfə oxunub
- Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb 1005 dəfə oxunub
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 954 dəfə oxunub
- Azərbaycanda taksi qiymətləri artdı 945 dəfə oxunub