Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"011"ə 70 min dollar verdilər satmadı

Sosial şəbəkələrdə avtomobil həvəskarı olaraq tanınan türkiyəli Paşam Sezer illər öncə dağınıq vəziyyətdə 2 min dollara aldığı "011" markalı sovet maşınına 10 min dollar əlavə xərc çəkərək tanınmaz hala gətirib.
 
Mynews.az-ın Sputnik.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, avtomobili sıfırdan yenidən yığan Paşam Sezer türk mətbuatına ölkənin hər yerindən ona zənglər edildiyini və maşını almaq istəyənlərin sayının hər gün artdığını bildirib.
 
 
Müştərilərdən birinin ona zəng vuraraq 70 min dollar təklif etdiyini deyən Paşam Sezer, təklifi geri çevirdiyini söyləyib.  "Bu avtomobili qızıma atasından yadigar olaraq saxlayıram. Bunu onun üçün hazırladım. Ona görə də heç bir qiymətə satmağı düşünmürəm” – P.Sezer qeyd edib.  
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...