Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya tərsinə çevrildi - Xoruz yumurtladı – FOTO

Türkiyənin Sinop şəhərində yumurtlayan xoruz görənləri təəccübləndirib.

Mynews.az a24.az-a istinadən xəbər verir ki, qeyri-adi hadisə Sinopun Kılıçlı kəndində olub.

Yaşan eyri-adiliyi dəyərləndirən veterinar həkim Hakkı Apaydın “Bu, indi fövqəladə bir şey deyil. Xoruzun yumurtlaması mümkün deyil. Bir yumurtanın yarana bilməsi üçün dişi çoxalma orqanları və dişi hormonların olması lazımdır. Bu isə ancaq toyuqda ola bilər. Xoruzda olması mümkün deyil. Məncə, bu halın yaşanması insanlarda olduğu kimi cüt cinsiyyətlilik ola bilər. Yəqin dişi orqanları inkişafdan qalmış, daha fəal inkişaf edə bilməyib. Ona görə də belə bir nəticə yaranıb. Böyük ehtimal bu yumurtanın sarısı yoxdur, yəni yumurtanın hüceyrə toxuması… Bu hadisəyə başqa cür şərh verə bilmərəm” deyə fikirlərini paylaşıb.

Dünya tərsinə çevrildi – Xoruz yumurtladı – FOTO
Dünya tərsinə çevrildi – Xoruz yumurtladı – FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...