Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elm sevgi haqqında nə düşünür?

Elmi araşdırmalar göstərmişdir ki, sevgi birbaşa hormonlarla əlaqəlidir. Hər hormonun öz funksiyası və təsiri var:

Ona qanınız qaynayır, onunla görüşdüyünüz zaman ürəyiniz yerindən çıxır? Milli.Az bildirchin.az-a istinadən bildirir ki, bu o deməkdir ki, adrenalin iş başındadır. Bu hormon qan təzyiqinə cavabdehdir. Onun normadan artıq ifraz olunması stress, gərginlik və sürətli ürək döyünməsinə səbəb olur.
Sevginin ən gözəl tərəfi: yüngül baş dönməsi, içinizin içinizə sığmaması, qarnınızdaki kəpənəklər.. Bütün bunlar dopaminin çoxluğundandır.
Onu ağlınızdan ata bilmirsiniz, ondan başqa heç nə düşünə bilmirsiniz? Bütün bunlara səbəb serotonin hormonudur. Daha doğrusu bu hormonun azlığı.
Testosteron isə cazibə işlərinə cavab verir. Misal üçün, bir kişidə testesteron miqdarı çoxdursa, o, tez-tez vurulur, və eyni zamanda qadınlar tərəfindən daha çox bəyənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...