Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ancelina Colinin yatdığı kişi ilə BIÇAQ HƏZZİ... - Məşhurların qəribə GECƏ HƏYATI - FOTOLAR

Hər dəfə ekran qarşısında heyranlıqla izlədiyimiz məşhurları görəndə onlara bənzəmək istəyir, beynimizdən onlar kimi geyinmək, onlar kimi olmaq fikirləri keçir. Hətta pərəstiş etdiyi, fanatı olduğu insanı öz idealı kimi görənlər də az deyil.

Hər cəhətdən idealınız kimi qəbul etdiyiniz məşhurların da hər kəs kimi uşaqlıq illərindən bəri mübarizə apardığı, lakin qurtula bilmədiyi çox qəribə vərdişləri var.

Oxucuları bu barədə etiraf edən tanınmışların qəribə vərdişləri ilə agah edirik.

Ancelina Coli

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Ötən il Bred Pittdən boşanması xəbəri böyük səs-küyə səbəb olan Ancelina Colinin vaxtilə ölümə və qana qarşı xüsusi marağı varmış. Bundan başqa Coli bıçaq həvəskardır. Olduqca vəhşi qadın olduğunu deyən gözəl aktrisa yataqda da bıçaqlarla oynamağı sevir. Bəzi iddialara görə, aktrisa bıçaqla qollarını kəsərək qanını sorurmuş.

Bu yaxınlarda Kolimbiya haqqında çəkdiyi filmin təqdimadı üçün həmin ölkəyə səfər edən aktrisa orada böyük hörümçək yeməsi ilə gündəmə gəlmişdi. Coli uşaqlarına da hörümçək yedirmişdi.

Hülya Avşar

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Dəqiqliyi sevən Hülya Avşar bütün saatlarını 5 dəqiqə irəli çəkir. Beləliklə, gedəcəyi hər yerə ən az 5 dəqiqə tez çatır.

Bill Qeyts

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Hər gün 7 saat yatan Bill Qeyts gecə yatmazdan əvvəl mütləq kitab, qəzet və ya məqalə oxuyur. Qəzet və jurnallarla yanaşı milyarder tərcümeyi-hal və fəlsəfə kitablarına da maraq göstərir.

Barak Obama

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Əsl gecə quşu olan Barak Obama bəzən işə saat 02:00-də başlayırmış. Bəzi mənbələrə görə, bu amil onun rahat ola biləcəyi və həqiqətən tək olduğu yeganə fürsətdir.

Bülent Ersoy

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Tək rəqəmlərə qarşı həsas olan türkiyəli primadonna hotellərdə heç vaxt tək rəqəmli otaqlarda qalmır, tək nömrəli maşınlara minmir və tək nömrəli lotereya bileti almırmış. Bülent Ersoya qapı nömrəsi tək rəqəm olan evi pulsuz versələr də, qəbul etməz.

Haydi Klum

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Batil inancı olan digər bir məşhur Haydi Klumdur. Şans gətirdiyinə inandığı və bir kisənin içində gizlətdiyi süd dişini həmişə yanında gəzdirir.

Şarlz Teron

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Səliqə-sahman xəstəsi olan Şarlz Teron isə dağınıq otaqda heç vaxt yatmaz.

Eminem

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Dünya şöhrətli reper Eminem yalnız qaranlıq oataqda yatırmış. Rahat yuxuya gedə bilməsi üçün otağın tamamilə qaranlıq olmasını istəyir. Hətta səfərləri zamanı hoteldə qalacağı otağın bütün pəncərələrinin tamamilə tündləşdirilməsini tələb edir.

Seren Serengil

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

İtlərini də getdiyi hər yerə özü ilə aparan Seren Serengil onların yeməklərini çini qablarda verirmiş.

Alfred Hiçkok

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Macəra filmlərinin usta rejissoru olan Alfred Hiçkok yumurtalardan qorxurmuş. Bunun səbəbi isə içindən yumurta deyil, başqa bir şey çıxacağını düşünməsidir. O, müsahibələrinin birində bunları deyib: “Yumurtalardan qorxuram, hətta məni dəhşətə salırlar. O ağ deşiksiz yumurtanı sındırdığınız zaman içindən girdə sarı şey çıxır. Yumurtanın sarısından daha dəhşətli bir şey gördünüzmü?"

Cessika Simpson

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Dostlarının "dovşan" - deyə çağırdığı Cessika Simpsonun bu ləqəbi qazanmasının maraqlı səbəbi var. Belə ki, yerə hər hansı bir əşya düşdükdə Cessika onu ayaq barmaqlarını istifadə edərək qaldırırmış.

Stiv Cobs

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Olduqca qəribə yemək vərdişi olan Stiv Cobs günlərlə eyni yeməyi yeyirdi. Xüsusilə də yerkökü! Hətta o qədər çox yerkökü yeyib ki, dərisi narıncıya yaxın rəng alıb. Onun fəlsəfəsi yediyiniz yemək növünə görə bədən qoxusunu azaltmaq idi.

Stefan Kinq

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Məşhur yazıçı Stefan Kinqin yemək vərdişi də qəribədir. Kinq yazmağa başlamazdan əvvəl mütləq incə bir dilim çizkeyk yeyirmiş. Buna baxmayaraq, ideal çəkisini qoruyub saxlaya bilib.

Devid Bekham

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Yaraşıqlı futbolçu Devid Bekhem obsessiv-kompulsiv pozuntudan (OKP təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur) xəstəliyindən əziyyət çəkir. O, müsahibəsində OKP xəstəsi olduğunu etiraf edib: “Hər şeyi yerində və düz saxlamalıyam, yaxud da hamısı iki sıra halında olmalıdır. Əgər əşyaların bir dənəsi belə artıq gələrsə, onu gedib başqa yerə qoyuram.

Kameron Diaz

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

OKP olan digər məşhur isə Kameron Diazdır. Gözəl aktrisa qapıları tez-tez əlləri yerinə dirsəkləri ilə açır.

Ketrin Zeta-Cons

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Ketrin Zeta-Cons ağappaq olması üçün dişlərini çiyələkdən xüsusi olaraq hazırlanan diş məcunu ilə yuyur.

Keti Perri

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Keti Peri də dişlərinə qarşı həssasdır. O, getdiyi hər yerə özü ilə 20 diş fırçası aparır və gündə 6 dəfə diş fırçalayır. Odur ki, müğənninin dişlərinin ağappaq olmasının sirri məlumdur.

Demi Mur

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Demi Mur toksinləri təmizlənmək üçün orta əsrlərdə tətbiq edilən bir üsulu istifadə edir. Aktrisa qanəmici zəlilərin sağlamlıq gətirdiyinə inanır.

Peris Hilton

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Batil inancları olan digər bir məşhur isə Peris Hiltondur. O, hər gün saat 11:11-də mütləq arzu tutur. Bundan başqa, göz dəyməməsi üçün taxtaya vurur.

Meqan Foks

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Meqan Foks təyyarə ilə səyahət edəndə mütləq Britni Spirsin mahnılarını dinləyir.

Cennifer Eniston

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Cennifer Eniston isə təyyarəyə hər zaman sağ ayağı ilə girir.

Conni Depp

Magazin Dünyasındaki En Tuhaf Huylara Sahip 22 Ünlü

Çox böyük gəlincik kolleksiyası olan Depp onlarla oynamaqdan da böyük zövq alır.

publika.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...