Bahalı daş-qaşlarla dolu məzar tapıldı - FOTOLAR
Tarix boyu axtarılan xəzinələr sən demə məzarlarda gizli imiş. Müxtəlif filmlərdə gördüyümüz xəzinə xəritərələri adalardan deyil, məhz Romadan tapıldı.
İlk dəfə olaraq 1578-ci ildə ortaya çıxan Roma məzarları tarix həvəskarlarının diqqətini çəkir. Romanın tarixi qədər maraqlı tarix demək olar ki, yoxdur. Burada yerləşən ehramların hər biri geniş və maraqlı tarixi hadisələrdən xəbər verir .
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Romada daha bir maraqlı məzar aşkar edilib. Məzardan çıxarılan cəsədlərin üzərindəkilər görənləri təəccübləndirib.
Romada yeraltı məzarları araşdıran tarixçi Paul Koudonaris daha əvvəl bütün Avropanı gəzərək bu barədə məlumat toplamağa çalışıb. Onun sözlərinə görə, bu məzarların "əziz" sahibləri sağlıqlarında necə əziz olublarsa, dəfn ediləndə də elə dəfn ediliblər. Meyitlərin üzərində bahalı paltarlar, taclar, silahlar və hətta pariklər olub. Müxtəlif növ dəyərli daş-qaşlarla bəzədilən cəsədlər sanki gülərək dəfn ediliblər. Meyitlərin üzündə təəccüblü və bir o qədər də müəmmalı gülüş hiss olunur.
Paulun sözlərinə görə onlardan bəziləri ölümdən sonrakı həyata inandırqları üçün, bəziləri də özündən geriyə heç nə saxlamamaq üçün bu cür dəfn olunub. Bu o dövrün inancları ilə bağlı olub. Bənzər hadisə Misir tarixində də qeydə alınıb. Ölənləri bahalı daş-qaş geyim və aksesuarlarla mumyalayıb qərb diyarında yerləşən "ölülər şəhərinə" göndərirdilər. Bu məzarlar və içərisindən çıxanlar insanlar tərəfindən çox böyük maraqla qarşılanır.
Tarixçi Paul Koudonaris bu barədə kitab yazıb. Kitabında yeraltı məzarlardan və onların meydana gəlməsindən geniş şəkildə bəhs edib. Məzarların içərisindəki cəsədlərin kimlərə məxsus olduğu haqqında məlumat verən Paul, eləcə də Avropada bu faktın nə üçün bu qədər uzun zaman davam etdiyini də aydınlaşdırıb.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 968 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 936 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 927 dəfə oxunub