Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qaqarinin ölüm səbəbi bəlli oldu

Planetin ilk kosmonavtı Yuriy Qaqarin  təlim uçuşu yerinə yetirən zaman yerdən göndərilən yanlış məlumat ucbatından həlak olub.

Oxu.Az xəbər verir ki, bunu TASS-a verdiyi açıqlamada qəza səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına daxil olmuş texniki elmlər doktoru Arseniy Mironov bildirib.

Mironovun sözlərinə görə, Qaqarin və təlimatçı Vladimir Seryoqinin “MiQ-15UTİ” göyərtəsində  uçuş həyata keçirdiyi zonanın yaxınlığında, pilot Andreyev eyni modeldən olan  təyyarə ilə hava manevləri yerinə yetirib

Mütəxəssis hesab edir ki, Qaqarinin olduğu “MiQ-15 UTİ” buludlar arasından anidən peyda olmuş təyyarə ilə toqquşmadan yayınmaq üçün manevr edib və  kritik vəziyyətə düşüb.

“Qaqarinin  saat 10:29:57-də göndərdiyi “20-ci zonada tapşırığı yerinə yetirdim. 320 dərəcədə uçuşu davam etdirmək üçün icazə istəyirəm” sorğuya, uçuş rəhbəri (və ya onun köməkçisi) dərhal “icazə verirəm” deyə cavab verib. Halbuki o, lokatorda iki təyyarənin bir-birinə təhlükəli məsafədə yaxınlaşmasına fikir verməyib.

“Əgər uçuş rəhbəri öz vəzifəsini yerinə yetirib, lokatora baxsaydı, “İcazə verirəm. Ancaq yüksəkliyi azaltmadan yerinə yetirin” cavabını verərdi.  Ancaq son bu iki kəlmə qarşı tərəfə çatdırılmayıb və nəticədə faciə baş verib.” – deyə Mironov bildirib.

Xatırladaq ki, Yuriy Qaqarin 27 mart 1968-ci ildə “MiQ-15UTİ” təyyarəsinin göyərtəsində təlim uçuşu həyata keçirən zaman təlimatçı Vladimir Seryoqinlə birgə həlak olub. Təyyarə qəzalı vəziyyətə düşdükdən sonra Vladimir vilayətinin Novoselovo kəndində yerə çırpılıb.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...