Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşağı varlı şəxs kimi yetişdirməyin ÜSULLARI - Rokfellerdən QIZIL MƏSLƏHƏTLƏR

"Rockefeller & Co." şirkətinin başçısı Devid Rokfeller uşaqları gələcəkdə zəngin şəxsiyyət kimi yetişdirib, həyatda layiqli yerini tutmağın üsullarını açıqlayıb.

Mynews.az publika.az-a istinadən tarixin ilk dollar milyarderi Con Rofellerin nəticəsi olan kiçik Devid Rokfeller bu fikirlərini təqdim edir:

Devid ilk dəfə dünya mediasının diqqətini öz üzərinə çəkərək, varlanmağın yollarını açıqlayıb. Milyarderin fikrincə, bu məsləhətlər istənilən maddi durumda olan ailələrin işinə yarayacaq. Con Rokfeller "Standart Oil" şirkətini 1870-ci ildə qurub. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, ailə öz kapitalını nəinki stabil saxlamağı hətta özərinə böyük sərmayə qoymağı bacarıb. Bu gün Rokfeller ailəsinin 170 davamçısı var. "Forbes" jurnalına görə, onların ümumi kapitalı 11 milyard dollar məbləğındədir.

Devidin sözlərinə görə, bu bir sıra ailə prinsiplərindən qaynaqlanan keyfiyyətdir.

Ailə görüşləri

Rokfeller ailəsinin bütün üzvləri mütləq ildə iki dəfə görüşüb, birgə zaman keçirməlidirlər. Bu görüşlərə heç bir Rokfellerin gəlməmək hüququ yoxdur. Həmçinin ailəyəməxsus internet forumunda 21 yaşdan yuxarı olan bütün Rokfellerlər iştirak edir. Bizneslə bağlı bütünmühüm qərarlar verilir.

Ailənin tarixi

Devid ulu babasının övladları ilə birgə yaşadığı evə hələdə tez-tez getdiyini vurğulayır. Ailəmizə aid bütün dəyərləri həreydən üstün tutur, ən xırda detalı belə qoruyub, saxlayırıq.

Ailə monopoliyasının olmaması

1911-ci ildə ABŞ hökuməti ailədən şirkəti daha kiçik firmalara bölməyi tələb etdi. Məhz bu addımdan sonra ailənin sərvəti nəinki daha da artmağa başladı, həmçinin ailə üzvləri arasında münaqişə təhlükəsinə son qoydu.

Devid Rokfellerin sözünə görə, ailənin ən böyük sirlərindən biri də uşaqlara erkən yaşda aşılanan xeyriyyəçilik keyfiyyətidir. “Yaxşı xatırlayıram, 10 yaşım vardı, məktəb xərcliyimi xeyriyyəyə xərclədim” deyə Rokfeller bu addımın önəmindən bəhs edib. Bugün ailənin qurduğu bir neçə xeyriyyə fondu fəaliyyət göstərir ki, onlara da 5milyard dollar sərmayə ayrılıb.

Uşağı varlı şəxs kimi yetişdirməyin ÜSULLARI - Rokfellerdən QIZIL MƏSLƏHƏTLƏR
Uşağı varlı şəxs kimi yetişdirməyin ÜSULLARI - Rokfellerdən QIZIL MƏSLƏHƏTLƏR
Uşağı varlı şəxs kimi yetişdirməyin ÜSULLARI - Rokfellerdən QIZIL MƏSLƏHƏTLƏR

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...