Erməni qızın bu hərəkəti azərbaycanlı müğənnini ÖZÜNDƏN ÇIXARTDI - VİDEO
Erməni vizajistin Nadir Qafarzadənin mahnısını ifa etməsi sənətçini özündən çıxardıb.
Publika.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Anjelika Abramyan adlı erməni vizajist “Maral” mahnısının erməni dilində oxuyub və onu instaqramda paylaşıb. Erməni qız Azər Bülbülün müəllifi olduğu “Maral”ı erməni xalq mahnısı adlandırıb.
Qızın videosunu səhifəsində yerləşdirən Nadir qəzəbini gizlətməyib: “Utanmaz-utanmaz yazıb ki, erməni xalq mahnısı. Oğurluq bunların alnına və taleyinə yazılıb. Bu, sizin mahnınız deyil, türk xalq mahnısıdır”.
Azərbaycanlı istifadəçilər Abramyanın paylaşımına şərh yazaraq, onu oğurluqda ittiham ediblər.
Qeyd edək ki, 2016-cı ildə erməni müğənnilər Tiqran Asatryan və Andy "Maral” mahnısını erməni dilində oxuyaraq, klip çəkdirmişdilər. "Tanem-tanem” adlanan bəstə artıq "Youtube” şəbəkəsində xeyli baxış sayı yığıb.
Məlumat üçün bildirək ki, "Maral" mahnısının müəllifi Azər Bülbül onu illər öncə ifa edib. Onun ifasında səslənən "Maral" mahnısı 2011-ci ildən "Youtube"a yerləşdirilib. N.Qafarzadə isə "Maral” mahnısını 2013-ci ildə ifa edib.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 923 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 905 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 596 dəfə oxunub