Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qaşlarına görə ölümlə hədələnir - FOTOLAR

ABŞ-da yaşayan kiprli tələbə Sofiya Hacıpanteli qaşları üzündən ölümlə hədələnir.

Mynews.az  axşam.az-a istinadən xəbər verir ki, model kimi fəaliyyət göstərən 21 yaşlı Sofiya sarısaçlı olsa da, qaşlarını qalın saxlayaraq onları qaraya boyayır. Qeyri-adi görünüşə malik olan tələbəyə çoxsaylı reklam təklifləri gəlir. Ancaq Hacıpantelinin qaşlarını təmizləmədiyi üçün çirkin göründüyünü iddia edənlər də az deyil. Ənənəvi gözəllik anlayışını pozduğu üçün modelə ölüm təhdidləri belə edilir. Sofiya isə bu hədələrdən qorxmadığını deyir:

"Bu, bizdə irsidir. İnstaqramda hər gün izləyici sayım artır. İnsanlar məni təhqir edərək qaşlarımın iyrənc göründüyünü, hətta onların zövqünü pozduğum üçün məni öldürəcəklərini yazırlar. Amma bunlar vecimə deyil və mən özümü belə gözəl hesab edirəm".

Qaşlarına görə ölümlə hədələnir - FOTO

Qaşlarına görə ölümlə hədələnir - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...