Goranboyda quzu ətindən baha bitki - Sakinlər düzənlikdən yığır - VİDEO
Ölçüsü kiçik, görünüşü daha çox kartofa bənzəyən bu bitkinin 1 kiloqramı 18-20 manata satılır. Söhbət dombalan kimi tanınan göbələkdən gedir. Hazırda bitkinin yığımı aparılır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, heç bir qulluq tələb etmir, təbii şəraitdə düzənlik ərazilərdə yetişir. Yaz yağışı isə ona can verir. Goranboyda torpağın müəyyən dərinliyində yetişən tryufel bitkisinin yığımı aparılır.
Göbələyin bir növü olan bitkini yerli sakinlər dombalan adlandırırlar. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Yaz yağışlarının ardından çıxan bitki əllə yığılır. Tryufel Goranboyda Rəhimli və Veyisli kəndlərinin ərazisində daha çox yetişir. Yerli sakinlərin sözlərinə görə, bitkinin yığımı dekabrdan may ayına qədər davam edir.
Şəkər və qan-damar xəstəliklərinin dərmanı hesab edilən bitkinin yığımı o qədər də asan deyil. Elə bu səbəbdən tryufelin qiyməti də yüksəkdir. Yerli sakinlər dombalanın quzu ətindən baha olduğunu deyirlər. Göbələkdən çox kartofa bənzəyən bitkidən müxtəlif təamlar hazırlanır.
Tryufel daha çox İspaniya, İtaliya və Fransada məşhurdur. Hətta XV əsrdə dombalanın rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirlirmiş.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub