Elm sübut etdi - Tənbəllik – yüksək şüurun əlamətidir
Florida Universitetindən olan amerikalı alimlər sübut ediblər ki, yüksək intellektə sahib insanlar aktiv həyat tərzini sevmirlər.
Oxu.Az xəbər verir ki, tədqiqatçılar 60 nəfərdən ibarət qrupu müşahidə ediblər.
Onlar sınaqdan keçirdikləri insanların asudə vaxtlarında nə ilə məşğul olduqlarını aşkar ediblər. Bundan başqa, alimlər intellektin səviyyəsini müəyyən etmək üçün standart testlər keçiriblər.
Tədqiqatlar nəticəsində məlum olub ki, yüksək səviyyəli fiziki aktiv olan şəxslər yüksək intellektləri ilə nadir hallarda fərqlənirlər.
Tənbəllik intellektin əlaməti ola bilər: alimlər şərh edirlər ki, divanda əyləşən insanlar sadəcə düşünməyi xoşlayırlar.
Hər şey ona görədir ki, koqnitiv funksiya və fiziki aktivlik arasında geriyə əlaqə var. Bu kifayət qədər kiçik yaşda başlayır və insanın bütün həyatı boyu davam edir.
Fəal insanlar yükə yönəlirlər, çünki “öz şüurları ilə nə edəcəklərini bilmirlər”. İntellektuallar isə az hərəkətli həyat tərzinə üstünlük verirlər, çünki bu onlara öz düşüncələrinə qapılmağa və daha çox fikirləşməyə imkan verir.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 993 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 956 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 946 dəfə oxunub