Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Taksilərin ən təhlükəli rəngi məlum olub

Sinqapur, ABŞ və Çin alimləri taksilərin ən təhlükəli rəngini açıqlayıblar. Müvafiq araşdırma "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.

Mynews.az "lenta.ru"ya istinadla xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, hər min maşına görə, göy rəngli avtomobillərin qəzaya düşmək ehtimalı sarı rəngli nəqliyyat vasitələri ilə müqayisədə 9 faiz çoxdur. Alimlər bunun səbəbini də onda görürlər ki, göy maşın az nəzərə çarpır, nəinki sarı.

Sinqapurda təhlükəli taksilərin üçillik aylıq statistikasını təhlil edərək ekspertlər bu nəticəyə gəliblər. Alimlər bildirirlər ki, onların tədqiqi avtomobilin rəng seçiminin vacibliyini nümayiş etdirir. Bu da bədbəxt hadisələrin sayı və təmiri üçün xərcləri azaltmağa imkan verə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...