Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

90 yaşlı kraliça at belində - FOTO

Doxsan yaşlı Böyük Britaniya kraliçası II Yelizaveta atla gəzintiyə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gəzinti Vindzor qəsrində baş tutub. Lakin kraliçanın təhlükəsizliyi üçün başına dəbilqə taxmaması diqqət çəkib.

Doxsan bir yaşını qeyd etməsinə bir ay qalan kraliça daha əvvəl açıqlamasında da at sürməyi sevdiyini bildirmişdi. Bununla da, kraliça yaşın sevdiyin işlə məşğul olmağa maneə yaratmadığı mesajını verməyə çalışıb.

90 yaşlı kraliça at belində -  Foto

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...