Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Balaca şahzadə doğuldu - VİDEO - FOTOLAR

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Uilyamın üçüncü övladı doğulub. Uilyamın xanımı, Kembric hersoginyası Keyt Middlton oğlunu Londonun Peddinqton səmtindəki "St Mary's Hospital"da dünyaya gətirib.

Mynews.az bildirir ki, şahzadə və xanımı hospitalın qarşısına çıxaraq reportyorların kameraları önündə durublar. Onlar balaca şahzadəni media mənsublarına göstəriblər.

Sonra hersoginya K.Middlton hospitala qayıdıb.

Şahzadə Uilyam isə Kensinqton Sarayına yollanaraq 5 yaşlı oğlu Corcu və 3 yaşlı Şarlottanı da götürərək geriyə, hospitala qayıdıb.

Şahzadə Uilyamın yeni doğulan, ikinci oğlu Kembric şahzadəsi adlanacaq. O, babasından, atasından, böyük qardaşından və bacısından sonra Britaniya taxtına 5-ci iddialşı olacaq.

Balaca şahzadəyə Artur, Albert və ya Fred adının veriləcəyi gözlənilir.

3,8 kq çəkisi olan şahzadənin adı sabah açıqlanacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...