Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən bahalı 10 döyüş helikopteri - FOTOLAR

Döyüş helikopterləri əsasən sürət və atəş gücü ilə yüksək dağlıq yerlərdə fəaliyyət göstərir.

Helikopterlər günümüzdə logistika, müharibə və axtarış-xilasetmə məqsədləri üçün istifadə edilən ən təsirli texnikadır. İkinci Dünya Müharibəsindən başlayaraq bu yana helikopterlər döyüş strategiyasında mühüm rol oynayıb. Döyüş helikopterləri əsasən sürət və atəş gücü ilə yüksək dağlıq yerlərdə fəaliyyət göstərir və quru qoşunlarına havadan dəstək həyata keçirir.

Ən müasir döyüş helikopterləri müxtəlif cihazlar, avtomatik top, pulemyot, raket və digər hücum sistemləri ilə təchiz olunur. Təbii ki, hərbi sənayenin yeniliklərinin tətbiqi döyüş helikopterlərinin qiymətinə də təsirsiz ötüşmür.

Mynews.az “AzeriDefence”yə istinadla dünyanın ən bahalı 10 döyüş helikopterlərini təqdim edir:

10) HAL LCH – Hindistan istehsalıdır. Qiyməti 20.2 milyon USD. Çəkisi 2250 kq, heyəti 2 nəfərdir. 1200 at gücündə mühərrikə sahib HAL LCH-nin maksimum sürəti 265 km/saat, gediş uzaqlığı 550 km, uçuş hündürlüyü 6500 metr təşkil edir.

HAL LCH

9) A-129 “Mangusta” – İtaliya istehsalıdır. Qiyməti 22 milyon USD. Çəkisi 2530 kq, heyəti 2 nəfərdir. 890 at gücündə mühərrikə sahib A-129 “Mangusta”nın maksimum sürəti 280 km/saat, gediş uzaqlığı 510 km, uçuş hündürlüyü 4700 metrdir.

A-129 “Mangusta”

8) Mi-28N “Gecə ovçusu” – Rusya istehsalıdır. Qiyməti 24 milyon USD. Çəkisi 8095 kq, heyəti 2 nəfərdir. 2466 at gücündə mühərrikə sahib Mİ-28N-in maksimum sürəti 324 km/saat, gediş ehtiyyatı 460 km, uçuş hündürlüyü 4950 metr təşkil edir.

Mi-28N “Gecə ovçusu”

7) “Kawasaki” OH-1 – Yaponiya istehsalıdır. Qiyməti 24,3 milyon USD. Çəkisi 2450 kq, heyəti 2 nəfərdir. 890 at gücündə mühərrikə sahib “Kawasaki” OH-1-in maksimum sürəti 278 km/saat, gediş uzaqlığı 550 km, uçuş hündürlüyü 4880 metr təşkil edir.

“Kawasaki” OH-1

6) AH-1Z “Viper” – ABŞ istehsalıdır. Qiyməti 27-31 milyon USD. Çəkisi 5591 kq, heyəti 2 nəfərdir. 1723 at gücündə mühərrikə malik AH-1Z “Viper”in maksimum sürəti 287 km/saat, gediş uzaqlığı 685 km, uçuş hündürlüyü 6096 metrdir.

AH-1Z “Viper”

5) T-129 – ATAK Türkiyə istehsalıdır. 30 milyon USD dəyərində qiymətləndirilir. Çəkisi 2900 kq, heyəti 2 nəfərdir. 1361 at gücündə mühərikə sahib T-129 ATAK-ın maksimum sürəti 278 km/saat, gediş ehtiyyatı 561 km, uçuş hündürlüyü 6096 metr təşkil edir.

T-129 – ATAK

4 ) Mi-35M – Rusaya istehsalıdır. Qiyməti 36 milyon USD. Çəkisi 8360 kq, heyəti 2 nəfərdir. 2200 at gücündə mühərrikə sahib Mi-35M-in maksimum sürəti 300 km/saat, gediş uzaqlığı 550 km, uçuş hündürlüyü 5400 metrdir.

Mi-35M

3) “Eurocopter Tiger” – Almaniya və Fransa istehsalıdır. Qiyməti 39 milyon USD (35 milyon avro). Çəkisi 3060 kq, heyəti 2 nəfərdir. 1303 at gücündə mühərrikə sahib “Eurocopter Tiger”in maksimum sürəti 290 km/saat, gediş uzaqlığı 800 km, uçuş hündürlüyü 6000 metr təşkil edir. Ən önəmli özəlliyi manevr qabliyyətidir.

“Eurocopter Tiger”

2) AH-2 “Rooivalk” – Cənubi Afrika Respublikası (CAR) istehsalıdır. Qiyməti 40 milyon USD. Çəkisi 5730, heyəti 2 nəfərdir. 1845 at gücündə mühərrikə sahib AH-2 “Rooivalk”ın maksimum sürəti 309 km/saat, gediş ehtiyyatı 704 km, uçuş hündürlüyü 6100 metr təşkil edir.

AH-2 “Rooivalk”

1) AH-64D “Apache” – ABŞ istehsalıdır. Qiyməti 52 milyon USD. Çəkisi 5165 kq, heyəti 2 nəfərdir. 1690 at gücündə mühərrikə sahib AH-64D “Apache”nin maksimum sürəti 293 km, gediş ehtiyyatı 476 km, uçuş hündürlüyü 6400 metrdir.

Məlumat üçün bildirək ki, siyahda sonrakı yerlərdə 17 milyon USD qiymətlə CAIC Z-10 (Çin), 16 milyon USD qiymətlə KA-52 “Alliqator” (Rusya), 12 milyon USD qiymətlə Mi-24 (Rusya) helikopterləri qərarlaşır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...