Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kişiyə sevimli qadın olmağın 13 yolu

Keçəl dərman bilsə başına yaxardı.

Atalar sözü

Kişini (əri) ən dəcəl, ən şıltaq, ən zəif övladın bilməlisən, kaprizlərinə sevə-sevə dözməli, qulluğunda durmalı, səliqəli şəkildə geydirməli, sevdiyi yeməkləri bişirməli, təbəssümünü, qayğını ondan əsirgəməməlisən.

Kişini (əri)  atan kimi başına tac bilməlisən. Məsləhətlərinə sözsüz əməl etməli, xəbəri olmadan heç nə etməməli, “Göydə Allah, yerdə O” deyiminə sadiq qalmalısan!

Kişini (əri) qardaşın kimi ürəyinə təpər, düşməninə çəpər bilməlisən!

Kişini (əri) anan kimi, əzizləməli, övladlarının döyünən ürəyi, pənahı olduğunu unutmamalısan. Onun sevdiyi nə varsa sevməli, istəkləri ilə sözsüz razılaşmalısan.

Kişini (əri) başqa qadınlardan qorumalı, onunla sevgilin kimi sevişməli, yataqda çərçivəsiz olmalısan. Sevişərkən onun nə istədiyinə daha çox diqqət yetirməlisən.

Kişidən (ərdən) onun sənə verə biləcəklərindən artıq nəsə istəmə (maddi və mənəvi. Eyni zamanda yataqda).

Xislətinizdə hegomonluq varsa, bunu ona bildirməyin. Kişilər özündən üstün qadını sevmirlər!

Əgər ona nəyisə öyrətmək, fikrindən döndərmək istəyirsinizsə, bunu birbaşa deməyin. “Sən ki, bunu bilirsən”, “sən ki, mənə belə məsləhət verərdin” və s. sözlərlə onun daha ağıllı olduğunu göstərin. Səhvini heç vaxt üzünə vurmayın, əasasən də başqalarının yanında.

Kişinin (ərin) dostları, valideynləri, yaxınları barədə həmişə yüksək fikirlər söyləyin.

Qısqanclığınızı büruzə verin, lakin çox üstünə getməyin. Kişilər xəyanət etmək istəsə mütləq edəcək. Bununçün onlara sərhəd yoxdur!

Kişinin (ərin) yanında heç vaxt başqa kişidən danışmayın. Kino ulduzu olsa belə, “yaraşıqlıdı”, “xoşuma gəldi” və s deməyin.

Qadın sirlərini (epilyasiya, kosmetoloji ehtiyacları, müəyyən tsikl dövrlərini, qadına aid intim əşyaları) ondan gizləməlisən. Kişi səni heç vaxt ətirsiz, qulluqsuz, epilyasiya ehtiyacı olduğu zaman və s. görməməli, onun qarşısına ilk görüşə gedirmiş kimi çıxmalısan. Və ilk görüşdəki səs tonunu daim saxlamağı bacarmalısan. Unutma ki, kişilər makiyajlı qadınla sevişməyi sevmədiyi kimi, yüksək səsli qadını da sevməz!

Kişini (əri) bütün qüsurları ilə bahəm sevməli, qəbul etməlisən. İnsan Tanrıda qüsur gəzərmi?!

Bütün yuxarıda sadalananlar isə sevgidən doğur. Sevgi varsa, bu 13 məsləhəti özün başqalarına verəcəksən, sevgi yoxsa ərinin daimi müştərisi olaraq bədənini satacaqsan!

Аilələdir,

Nаmusludur,

Övlаdlаrı  vаr.

Hər  gün  bаşını  qаtır

Аilə  içi  qаyğılаr.

Ərini  sеvmir.

Sеvməyib  hеç  bir  zаmаn.

Əri  оnun  dаimi  müştərisidir,

Bədənini  sаtır

Əvəzində
Еv  аlır,  
Uşаq  аlır,
Yеmək,  
Gеymək,
Və  
Və  
Və  qоcаlır! …Qocalacaqsan!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...