Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Motosiklet, avtomobil və su nasoslarının ehtiyat hissələri əsasında ərsəyə gətirilən maraqlı texnika - VİDEO

Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınan qəsəbədə məskunlaşan Elməddin Şahverdiyev düzəltdiyi yeni texnikadan həm minik vasitəsi kimi, həm də kiçik kənd təsərrüfatı işlərinin görülməsində istifadə edir.

Milli.Az bildirir ki, mini texnika motosiklet, avtomobil və su nasoslarının ehtiyat hissələri əsasında ərsəyə gətirilib.

Maşın saatda 35 km sürətlə hərəkət etmə gücünə malikdir. Bir pilləli, iki istiqamətli sürət qutusundan ibarət texnika keçilməz yollarda da asanlıqla hərəkət edə bilir. Elə bu üstünlüyünə görə ondan daha çox sahələrə yüklərin daşınmasında istifadə olunur. Benzinlə çalışan avtomobil 100 km-ə 5 litrə yaxın yanacaq sərf edir. Avtomobilə onun sahibi "E-X4" adını verib.

Orta ixtisas təhsilli texnik olan Elməddin Şahverdiyev deyir ki, dəfələrlə avtomobili ondan 1000 manata almaq istəyənlər olsa da, o satmayıb. Hazırda isə o, bu texnikanı təkmilləşdirmək üzərində işləyir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...