Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əti də sümüyü də qara, qiyməti isə 1252 manat olan toyuqlar - FOTO

Vətəni İndoneziya olan qara toyuqlar görənləri heyrətə salır.

Mynews.az-ın A24.Az-a istinadən məlumatına görə, qara tüklü toyuq olmaqla yanaşı, bu ev quşları sümüyündən ətinə qədər qapqaradır. Bu toyuq Asiyada əksər marketlərdə satılır. Ən maraqlısı isə qara toyuğun yumurtasının ağ (adi toyuq yumurtası kimi) olmasıdır.

“Ay am Cemani” adı verilən qara toyuqlar Çin, Hindistan və Cənub-Şərqi Asiyada da var. Azərbaycanda bu toyuqları saxlayanlar olmasa da, Türkiyədə ara-sıra fermerlər qara toyuq yetişdirməyə başlayıb. Fermerlər əsas cəlb edən isə, bu toyuğun qiymətidir. Belə ki, bir qara toyuğun qiyməti 2-3 min lirədir (835 AZN – 1252 AZN). Bu toyuqların yumurtası da çox bahadır. Təxminən 30 lirə (12 AZN).

Əti də sümüyü də qara, qiyməti isə 1252 manat olan toyuqlar

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...