Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qurd yağı meyitdən alınır? - Tükürpədici faktlar ortaya çıxdı

Cadunun mövcudluğu məsələsi əsrlərdir mübahisələri kəsmir.

Buna inananlar qədər, inanmayanlar da var. Deyirlər, cadu insanın biosahəsinə, aurasına, ruhuna yönəldilən mənfi enerjinin təsiridir. Cadunun yaxşı və ya pis niyyətlə olunmasına baxmayaraq, nəticədə bu pis əməl yaradanın qarşısında günah sayılır.

Hazırda cadu edən və ya onu çıxaran, ağ, qara magiya ilə məşğul olan, özünü görücü hesab edən o qədər adam var ki. Hətta iş o yerə qalıb ki, baxıcılar internet vasitəsiylə(skype-la)də xidmət göstərməkləri ilə qürurlanırlar. Baxıcı-cadugərlər arasında insanların zəifliyindən istifadə edib fırıldaqla məşğul olanlar da var, həqiqətdə cin, şeytanla oturub-duran baxıcılar da yer alır. Allahdan ümidini kəsib baxıcı qapılarında gəzənimiz, pulunu göyə sovuranımızsa öz yerində.

Cadunun təsiri və varlığına nə qədər özümüzü inandırmaq istəməsək də, müqəddəs kitabımız olan Quranın “Nas” və “Fələq” surələrində bundan bəhs olunur. Misal üçün, “Fələq” surəsinin tərcüməsində belə deyilir: “Pis fikirli məxluqatın, düyünlərə üfürən qadınların şərindən pənah aparıram…..”

Bir tərəfdən də çoxu caduya inanmadığından onun təsirinin də olmayacağına əmindir. Cadugərlərin istifadə etdiyi əşyalar, məlhəmlər və ya belə desək məmulatlar çoxdur. Ölü torpağı, bayquş sümüyü, mirvari daşı, düyünlənmiş saplar, tilsimlənmiş əşyalar, pişik tükü və s. Hamımızın eşitdiyimiz “qurd yağı” isə adamda(inanan üçün) təşviş, qorxu yaradır. Maraqlıdır ki, ailə dağıdan, qadını, kişini sonsuz edən, hətta ölüm gətirən(belə hesab olunur) qurd yağı haradan alınır? Deyirlər ki, filankəsə qurd yağı sürtüblər. Elə bu yaxında eşitdiyim əhvalatda da söhbət qurd yağının “qabilliyətin”dən gedirdi. Çoxu kimi mən də qurd yağının canavardan alındığını bilirdim,yəni hesab edirdim. Ölkədə hələ də pis mənada “qurd ürəyi olan”lar cadu üçün canavarı “işəyarayan” yağ üçün öldürürlər ya ovlayırlar. Bu məsələylə bağlı kiçik araşdırma aparanda maraqlı məqamlar ortaya çıxdı. Tək onu deyə bilərəm ki, özünü cadugər hesab edənlərin özləri belə istifadə etdikləri qurd yağını yaxşı “tanımır”lar.

Qurd yağı canavardanmı alınır?

Qurd yağının əldə olunmasıyla bağlı əvvəlcə bir neçə baxıcı və caduyla məşğul olan tapmalıydım. Tanışlar və internet bu işdə köməyimə çatdı. Ağ və qara magiya ilə bağlı xidmətlər təklif edən ilk iki şəxslə danışa bildim. Adını vermək istəməyən şəxsin biri yalnız cadu açdığını, zərərsizləşdirdiyini dedi. Qurd yağının sürtüldüyü yeri tapa bilmək qabiliyyətinin olduğunu, qurd yağı baradə bunları söylədi: “İndi caduyla məşğul olan adamlar ucqar kəndlərdə canavar saxlatdırır, lazım olanda da ona gətirirlər. Bu yağı əldə edən adam pis niyyətlə başqasının evinə, geyiminə, hər hansı yerə özbaşına yaxa bilməz, bunun təsiri olmaz. İşi bilən adam etməlidir”

Başqa bir baxıcı hesab olunan şəxs isə maraqlı fikirlər söylədi: ” Mən baxıcılıqla məşğulam. Cadu mənlik deyil. Cadu etdirmək və etmək böyük günahdır. Qurd yağını daha çox ölü torpağı ilə qarışdırıb, gözgötürülməyən adamın evininin kandarına və içinə tökürlər.” Baxıcılığın da günah hesab olunduğunu bilməyən bu xanım belə bir iddia da yürütdü. “Bəzi cadu ilə məşğul olanlar başqaları ilə əlbir işləyirlər. Biri cadunu qoyur, o biri isə sındırır. Çoxu qurd yağı ilə yaxşıca pul qazanır. Bəzi fırıldaqçılar isə yalançı qurd yağı ilə pullanırlar. ”

“Qəbri açıb meyit qurdu çıxarır”

Əlaqə nömrəsini əldə etdiyim başqa bir baxıcı qadın isə yuxarıda deyilənlərin tam əksinə fikirlər yürütdü. Adının çəkilməsini istəməyən qadının söylədikləri: ” Bu vaxtacan o qədər cadu olunana kömək etmişəm ki. Mən yalnız cadu olunub-olunmamasını xəbər verirəm. Cadulanan adam da cadusunu, tilsimini qırmaq üçün şəxs axtarır. “Qurbanlar”ı xüsusi adamlar var, onların yanına göndərirəm. Qurd yağı ilə cadu ağır əməllərdən biridir. Cadusu da bahalıdır. Amma qurd yağı bizim bildiyimiz canavar yağı deyil. Bu yağı təzə meyitin( bir rneçə aylıq, yarım illik) içalatına düşən qurddan alırlar. Yağı əldə etmək də asan iş deyil”. Maraqlıdır bu yağı kimlər gətirir? Müsahibim xanım bu sualı uzun müddətli təkiddən sonra cavablandırdı: “Bakının bir neçə qəbirstanlığında xüsusi adamlar var. Çoxu kimsəsizdi, onlar üçün bu işi görmək adiləşib, amma etibarlı adamlardır. Onlar yiyəsiz qəbirləri izləyirlər və ilk fürsətdə qəbri açıb meyitə düşən soxulcanabənzər qurdları yığırlar. Sonra da həmin qurd yağı deyilən kütlə əldə olunur. Bu yağın kəskin qoxusu olur.” Bütün bu deyilənlər çirkin və iyrənc səhnələrdir və tükürpədicidir. Ən çox da bu “yağ”ın varlığına və “güc”nə inananlar təəccüb doğurur. Pul üçün bu “işi” görənlər nə qədər günaha batdıqların fərqində belə deyillər. Özünü ağ mağiyanın təmsilçisi hesab edən qadın bir fikrini də vurğuladı: ” İmkanlı adamlar var ki, qurd yağının təmiz olduğunu dəqiqləşdirmək üçün özləri birbaşa əldə etməyə can atırlar. Qəbirstanlığa adamını göndərirlər. Xəbislik, pis niyyət, paxıllıq puldan sonra insanların içini parçalayır.”

Deyilənlər nə qədər fərziyyəyə ya həqiqətə dayanır bilmirəm, əminəm ki, bir insanın başqasına cadu etdirəcək qədər cəsarəti olması onun elə zəifliyindən irəli gəlir. Hələ hər hansı bir “yağ” üçün pullar saymaq, bu “yağ” üçün ev yıxmaq və kiminsə bədbəxtliyini istəməyə səfərbər olmaq adamı dəhşətə gətirir. Magiya, cadu bütün dünyada var, təəssüf ki, pis niyyətli, xəbis, paxıl , iblislə yoldaşlıq edən insanlar olduqca da bu belə davam edəcək.(Xezerxeber.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...