Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK - İnsanlar fərqində olmadan minlərlə böcək yeyir - VİDEO

Çoxsaylı qida və içkilərin hazırlanmasında əlavə qatqı maddəsi kimi böçəklərdən istifadə olunur. Bu, ingilis qida tədqiqatçılarının araşdırmalarında öz əksini tapıb.

Belə ki, qidalara qırmızı rəng vermək üçün istifadə edilən "Karmin" maddəsi eyniadlı böcəkdən hazırlanır. Bu isə o deməkdir ki, insanların bir çoxu həyatı boyunca minlərlə böcək yeyir. Milli.Az bildirir ki, qida eksperti İsa Əliyev deyir ki, bu böcəklərdən istifadə Avropada qadağan deyil. Ancaq bununla belə bu böcəyin halal və ya haram olması ilə bağlı mübahisəli məqamlar mövcuddur.

İsa Əliyev bildirir ki, karmin böcəkləri bəzi qidalarda istifadəsi vacib olsa da, bəzən bu maddədən istehlakçıları aldatmaq üçün də istifadə olunur.

Ekspertin sözlərinə görə, bəzi qida əlavələri kimi karmin maddəsi də bədəndən çətin sovrulan maddələr arasındadır. Ona görə də bu maddənin olduğu qida və içkilərdən az istifadə etmək tövsiyyə edilir. Karmin maddəsinin qida paketlərinin üzərində qeyd olunan kodu isə "E120"dir. Ekspertin sözlərinə görə, istənilən şəxs marketdən aldığı qidaların qutularının üstünü oxumaqla onun içində bu maddənin olub-olmadığını asanlıqla müəyyən edə bilər. /xezerxeber.az/

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...