Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mütəxəssislər diş ağrısına daha yaxşı təsir edən dərmanları açıqlayıb

Diş ağrısından əziyyət çəkən insanlar stomatoloqa müraciət edənədək ağrını necə azaltmaq barədə düşünürlər. Amerikan alimləri 460 tədqiqatın nəticələrini təhlil edərək bunun cavabını tapıblar: diş ağrısına qarşı ən təsirli vasitə iltihaba qarşı nesteroidli preparatlardır.

Mynews.az  AZƏRTAC-a istinadən bildirir ki, bu preparatların alternativi opioid dərman vasitələridir. Lakin sonuncuların çoxlu kənar təsirləri var. İltihaba qarşı nesteroidli preparatların orqanizmə mənfi təsiri bundan qat-qat azdır. Tədqiqatçılar ibuprofen və parasetamol preparatlarının da diş ağrısının müalicəsində faydalı olacağı qənaətindədirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...