Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həyat yoldaşınıza sevginizi göstərməyin - 7 asan yolu

Kiçik və bəsit şeylərə diqqət yetirsək, əslində evlilik həyatı daha çox asan ola bilər. Hər sahədə olduğu kimi evlilikdə də gözdən qaçan ayrıntılar və ya üstündən keçilən xırda şeylər yığılaraq böyük problemlərə yol aça bilir. Halbuki bəsit davranışlarla daha dinc bir evliliyə sahib ola bilər və yoldaşınıza onu sevdiyinizi asanlıqla hiss etdirə bilərsiniz.

O kiçik amma güclü davranışlar:

1. Yoldaşınızdan bir şeyə ehtiyacı olub olmadığını soruşun.

Günlük həyatın təlaşı içində bunu unutmuş ola bilərsiniz, ancaq istər evdə, istər kənarda gördüyü işdə köməyə ehtiyacı olub olmadığını soruşmağınız, sizin kömək edə bilməyəcəyiniz bir şey olsa belə yoldaşınızı sevindirəcəkdir.

2. Kobudlaşmadan qarşı çıxın.

Yoldaşınızla fikir ayrılığı yaşayanda əlbəttə bunu qabardın amma kobudlaşaraq, qəlb qıraraq yox. Fikir ayrılığınızı danışmaq mütləq bunu davaya çevirməlisiniz demək deyil. Sağlam bir şəkildə də müzakirə edə bilərsiniz.

3. Yoldaşınızın ailəsinə qarşı yaxşı olun.

Yoldaşınızın ailəsi ilə çox yaxın bir münasibətiniz olmaya bilər ancaq unutmayın ki, onlar yoldaşınızın həyatında önəmli yerə sahib və dəyərlidirlər. Onun dəyər verdiyi insanlara qarşı xoş davranmanız yoldaşınızı sevdiyiniz üçün etdiyiniz bir şeydir və o bunu anlayacaqdır.

4. Yoldaşınızı dinləyin.

Xüsusilə axşamlar, danışıqlarınız ciddi və həyati önəm daşıyan mövzular olmasa belə, onu dinləmək və söylədiklərinə dəyər vermək səmimiyyətinizin və sevginizin göstəricisidir.

5. Ev işlərində bir-birinizə kömək edin.

Əgər yoldaşınızın sevmədiyi bir ev işi varsa, ona kömək etməyi və ya o işi özünüzün etmək istədiyini təklif edə bilərsiniz. Evlilik ortaqlıq deməkdirsə, elə doğru olan davranış da bu olacaqdır.

6. İşi daha çəkici hala gətirin.

Yoldaşınıza sevginizi göstərmək üçün edə biləcəyiniz şeylər yalnızca evlə məhdudlaşmamalıdır. Bazar ertəsi sindromu yaşayarkən çantasında sizin tərəfinizdən yazılmış gözəl bir yazı tapması o iş gününü daha pozitiv və xoş keçirməsinə kömək edəcəkdir.

7. Aranızdakı bağa öncəlik verin.

Bağlılıq göstərdiyiniz ən kiçik davranış belə evliliyinizə böyük qatqılar qatar, xüsusilə də bu, vərdiş halına gələrsə. Marketə gedərkən yoldaşınızın əlini tutmaq, hiss etdiyiniz sevgini ona söyləmək kimi kiçik şeylərin müsbət təsirləri sizi belə təəccübləndirəcəkdir.

Ümumrusiya Professional Psixoterapiya liqasının həqiqi üzvü psixoloq Səbinə Bayramova

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...