Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əkiz qardaşlarına hamilə olan körpə dünyaya gəlib - Döl içində döl fenomeni nədir? – Fotolar

Bu gün Bizimyol.info dünya tibb tarixində bu günə qədər cəmi 200 dəfə rast gəlinmiş “döl içində döl” fenomeni barəsində məlumat təqdim edir.

Honkonqda doğulan balaca qızcığaz dünyaya gələrkən hamilə doğulub. Tibbdə belə patologiyanı həkimlər “döl içində döl” fenomeni adlandırırlar. “Döl içində döl” hamiləliyinə həm oğlanlarda, həm də qızlarda rast gəlinir. Bunun necə baş verməsi barəsində alimlər hələ də mübahisə edirlər və dəqiq elmi cavabı yoxdur.

Belə hadisəyə 500 min də bir dəfə rast gəlinir. Pitsburqlu alim Drayon Berç 20 il bu sahədə apardığı tədqiqatlardan sonra hamiləlik dövründə ana bətninin həddən artıq sirli bir dünya olması qənaətinə gəlib. 2Hamilə qadının orqanizminin fəaliyyəti barəsində heç də hər şey elmə məlum deyil”,- deyə alim qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı Honkonqda dünyaya gələn körpənin qarnından çıxan ikinci dölü teratoma adlandırıb. Dölün saçları, gözləri, sümük və əzələ toxumaları belə deməyə əsas verib. Teratoma həm qadın . həm kişi yumurtalarında, o cümlədən ana bətnindəki körpələrin beynində də yarana bilər. Digər mütəxəssilərin fikrinə görə, bu dəfə məsələ dünyaya gələn körpənin öz əkiz tayını udmasındadır. Honkonqda baş verən tibbi möcüzə belə deməyə əsas verir ki, hamilə qızın qarnında bir yox, iki döl var. Yəni o öz əkiz taylarını udub.Əməliyyat zamanı həkimlər onun böyrəkləri və ciyəri arasında yerləşən bir cüt embrion tapıblar Hamiləliyin 2-3 ay müddəti olduğu bildirib.Dölün biri 9,3 qram digəri 14,2 qram ağırlıqda olub. Hər bir dölün göbək bağı körpənin qarnında tapılmış plasentayabənzər kütləyə doğu uzanmışdı.Həkimlərin sözünə görə, başqa bir şəraitdə embrionlar normal inkişaf edə bilərdilər.Yəni onlar tamamilə ağlam olublar.Körpə qızcığazın bədəninin embrionları hansı səbəbə udması və onların nə üçün sağ qalması isə elmə hələ bəlli deyil.

Dölün dölü udması hallarında akuşerlər ananın bətnindən əlavə göbək çiyəsi və ya plasenta çıxdığını söyləyirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, bu kimi hallara tibb elmində 200 dəfə rast gəlinib. 2006-cı ildə Pakistanda doğulmuş iki aylıq körpə qız əməliyyat edilərək onun qarnından əkiz qardaşları çıxarılıb.

2011-ci ildə 18 yaşlı hindli gənc əməliyyat edilərək qarnından əkiz tayı olan döl çıxarılmışdı. 2014-cü ildə 60 yaşlı hindli qadının bətnindən 30 illik döl açkarlanaraq götürülmüşdü.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...