Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şirvanda maraqlı olay - VİDEO

Şirvan həyətdə saxlanılan pişik balalayıb, lakin onun balasını elə həyətdə saxlanılan toyuq özünə bala götürüb. Toyuq balaca pişik balalarının üzərində oturaraq onları isitməyə çalışır. Ana pişiyin yaxınlaşmasına isə imkan vermir.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, pişik toyuğa yaxınlaşır, toyuq isə ona əsəbləşir. İlk dəfədən elə təssürat yaranır ki, toyuq üzərində yatdığı balalarını pişikdən qorumaq istəyir.

Lakin toyuq qalxanda məlum olur ki, onun altındakı cücələr yox, pişik balalarıdır.

Görüntülər Mirdamət Həsənov adlı Şirvan sakinin həyətində çəkilərək Xəzər Xəbərin vatsap nömrəsinə göndərilib. Sakinlər belə ehtimal edir ki, toyuq pişik balalarını öz cücələri ilə səhv salıb.

Yanız ev sahibinin müdaxiləsindən sonra toyuq hindən çölə çıxarılır və pişik balalarına yaxınlaşa bilir.

Müraciət etdiyimiz baytar həkimləri isə deyir ki, toyuğun özünün də yeni dünyaya gəlmiş cücələri olduğu üçün onda analıq hissi yüksəkdir. Buna görə də toyuqda korpə pişik balalarına yiyə çıxmaq, onları qorumaq instinkti yaranıb. Belə hallara təbiətdə çox rast gəlmək olur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...