Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə coban tapılmadı - Azərbaycandan apardılar

Türkiyə son illər heyvan sürülərini otaran çoban tapmaqda çətinlik çəkir. 

Mynews.az xəbər verir ki, çoban problemi yaşayan şəhərlər arasında Rizənin Çamlıhemşin bölgəsi də var. 450 kiçikbaşlı heyvan sürüsünə çoban axtaran fermer bu səbəblə də maaşı 2000 lirəyə qaldırıb. Ancaq sürü sahibi çoban tapa bilməyib. 

Bundan sonra iş adamı azərbaycanlı dostları vasitəsilə Qədir Niftəliyevi tapıb. Təklifi qəbul edən Niftəliyev Azərbaycandan Rizəyə köçüb. Q. Niftəliyev türk mediasına işi ilə bağlı da danışıb. O qeyd edib ki, Rizə yaylaları çox gözəldir: "Heyvanlar səhərlər yaylalarda otlayır, axşam isə bir yerə yığışırlar. Mən onlara sahib çıxıram".

Qeyd edək ki, Türkiyənin bəzi bölgələrində çoban maaşları 4000-5000 lira arasında da dəyişir. 

(Milli.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...