Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarabağ atları Londonda təqdim olundu - FOTO - FOTOLAR

"Royal Windsor Horse Show" atçılıq tədbirinin 75 illik yubileyi münasibətilə təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmətinin "Süvarilər" atlılar dəstəsi "Land of Fire - Azerbaijan" adı ilə Qarabağ atlarını təqdim ediblər.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, şou proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.

Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə 24 nəfərdən ibarət "Sərhədçi" rəqs qrupu, "Natiq Ritm Qrupu", rəssamlar Nizar Məmmədov və Akşin Kazımov iştirak ediblər.

Gənc rəssamlar Böyük Britaniyada keçirilən tədbirdə iştirakına görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanla təlfit olunublar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...