Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Ağıllı” uşaq bezi körpənin “əməlləri”ndən xəbər verəcək

Daha əvvəl "Google Life Sciences" kimi tanınan şirkət naqilsiz uşaq bezini patentləşdirib.

Bu uşaq bezi nəinki uşağın "əməllərindən" xəbər verəcək, hətta onun böyük və ya kiçik bayıra çıxdığını müəyyən edəcək.

Cihaza qoşulan potensial tətbiq vasitəsilə bildirişlər göndəriləcək. O isə öz növbəsində uşağın "əməlləri" barədə yazıları kataloqlaşdırıb yaddaşda saxlayacaq. Bu, ilk belə ixtira deyil. Bir çox şirkətlər artıq çoxdan öz uşaq bezlərini sadə nəmlik ölçən ötürücülərlə təchiz ediblər. Ancaq məhz "Google"un məhsulu "hər şey" daxil kateqoriyasına daxil edilib.

Bunun üçün, ötürücüdən və qidalanma mənbəyindən başqa, "ağıllı" uşaq bezinə temperatura və nəmliyə cavab verə bilən akselerometr və bir cüt ötürücü də təchiz etmək istəyirlər. Birincisi uşaq bezinin nə zaman "dolacağından" xəbər verir. Ötürücülər isə məhz nə baş verdiyini söyləyəcəklər./lent.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...