Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən çətin peşəsi

Banqladeşin paytaxtı Dakada kanalizasiya sistemi tıxanan zaman problemi adi insanlar boruların içinə daxil olaraq aradan qaldırır.

Mynews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, çılpaq bədənlə çirkli suya daxil olan işçilər bunun qarşılığında sadəcə 7,5 funt qazanırlar. 

Qeyd edək ki, Dakada bu işlə məşğul olan çox sayda insan var. Tamamilə paltarsız işləyən bu insanların sağlamlıq vəziyyəti üçün böyük təhlükə mövcuddur. 

Şiddətli yağışlar və zəif kanalizasiya sistemindən təsirlənən paytaxtda 14 milyondan çox insan yaşayır. Bu faktlar daha çox kanalizasiya probleminə gətirib çıxarır və bu işlə məşğul olan daha çox insana ehtiyac yaranır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...