Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əvvəlkindən də çox yemək yeyən qadın necə 31 kq arıqladı?

Əslən Uelsli olan 24 yaşlı Mari Llewellyn (Mari Lvellen) "body transformation" (bədən dəyişimi) ilə təəccübləndirir.

Mynews.az  baku-ya istinadla bildirir ki, əvvəllər 110 kiloqram olan Mari 31 kiloqram arıqlayıb.

Maraqlısı isə odur ki, Mari bunu əvvəlkindən də çox yemək yeməklə edib. Həftənin 6 günü ağırlıqqaldırma ilə məşğul olan qız xüsusi diet proqramı tətbiq edərək 31 kiloqram çəki atıb.

Mari yüksək kalorili, şəkərli qidalardan tamamilə imtina edib, əvəzinə az kalorili, bol proteinli qidalar qəbul etməklə arzuladığı bədən quruluşuna sahib olub. O, gün ərzində 3 litrdən çox su içib.

Qeyd: qarın bölgəsindəki yağları əritmək üçün ən rahat yol "nəfsinizə güc gəlməkdir". Belə ki, karbohidrat qəbulunu azaltmaq lazımdır. Bu zaman bədən enerji üçün bədəndəki ehtiyat yağları istifadə edəcək.

Əvvəlkindən də çox yemək yeyən qadın necə 31 kq arıqladı? - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...