Araz Ağalarov həyat yoldaşı ilə necə tanış olub? - Çox maraqlı tanışlıq hekayəsi
Rusiya mətbuatında "Milyarder xanımları” başlıqlı yazı dərc olunub.
Sözügedən məqalədə azərbaycanlı iş adamı Araz Ağalarovun həyat yoldaşı İrina Ağalarova ilə münasibətlərindən söhbət açılıb.
Məqalədə deyilir ki, Araz Ağalarov və İrina Şahnoviç Bakıda eyni məktəbdə təhsil alıb və elə orada tanış olublar. Orada cütlüyün arasında dərin hisslər yaranıb. Bu hisslər onlara gələcəkdə qarşılaşacaqları maneələrə qalib gəlməyə kömək edib. Bir çox gənc insanlar kimi sovet dövründə onlar da özlərini çox şeydən məhrum ediblər. Bu, ailənin münasibətlərinə təsir etməyib. Araz və İrina Ağalarovlar həmişə şən və maraqlı cütlük olub. İrina Ağalarova məktəbdə ingilis dilindən dərs deyib, sonra Əmək Nazirliyində tərcüməçi işləyib. Ağalarova nazirlikdə ikinci uşağı – qızı Şeyla dünyaya gələnə qədər çalışıb. Onun həyat yoldaşı isə öz sahibkarlıq istedadını realizə eləmək üçün çarpışıb. Yenidənqurma zamanı Ağalarov "Zəfəran" koorperativini yaradıb, ABŞ-da rus suvenirləri satıb, onlara olan tələbat və maraq azalan kimi isə sərgilərin təşkili ilə məşğul olmağa başlayıb.
İrina Ağalarova oğlunun və qızının təhsili ilə ciddi maraqlanıb, onlar üçün ən yaxşı məktəbləri seçməyə çalışıb.
Ağalarovların oğlu və qızı ABŞ-da oxuyublar. Bu dövrdə İrina xanım bir ay Rusiyada, bir ay Amerikada yaşayıb. O, həyat yoldaşından müvəqqəti olaraq ayrı qalsa da, bu amil onların ailə həyatına təsir eləməyib.
İrina və Araz Ağalarov artıq 40 ildən çoxdur birlikdədir. Onların oğlu Emin atasının sağ əli və uğurlu sənətçidir, Şeyla isə Dəb Texnologiya İnstitutunu bitirib. İndi o, moda sənayesində karyera qurmağa hazırlaşır.
İrina xanım 90-cı illərdə rəfiqəsi ilə birlikdə gözəllik salonları qurmağa başlayıb. Yeri gəlmişkən, bu biznes onun üçün çox mənfəətli olub. 2005-ci ilin payızında o, "Crocus City Mall” ticarət mərkəzində eksklüziv xəz məmulatlarının toplandığı butik açıb.
Müsahibələrinin birində biznes-ledi etiraf edib ki, şopinq həvəskarı deyil. İrina Ağalarova adətən "Dior” və "Dolce&Gabbana” brendinin paltarına üstünlük verir, lakin o, butikin yarısını özü üçün alanlardan və təmtəraqlı paltarları sevənlərdən deyil. İrina Ağalarova tez-tez görünməyi xoşlamır, amma oğlunun heç bir konsertini qaçırmır.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 940 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 930 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 929 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 927 dəfə oxunub