Diktatorun 100 bağçalı sarayına girdi - Evin xanımı olan bacı, solgun gözəl, “bahalı” Kim və daha nələr...- FOTOLAR
Şimali Koreya lideri Kim Çen In dünya mətbuatının diqqətini çəkməkdə davam edir.
Cebhe.info xəbər verir ki, bu dəfə rusiyalı jurnalist Şimali Koreya diktatorunun iqamətgahından yazıb. Jurnalist Rusiya xarici işlər naziri Sergey Lavrovla bərabər Şimali Koreyaya səfər edib.
“Russia Today"ın müxbiri İlya Petrenko diktatorun sarayını gəzmək fürsəti verilən az sayda şəxslərdən biri olub. Petrenkonun yazdığına görə, görüşə hazırlıq çərçivəsində jurnalistlər olduqca lüks otağa toplaşıb, üstləri axtarılıb və bütün əlaqə vasitələri əllərindən alınıb. Daha sonra jurnalistlər mülki polis avtomobililə Pxenyana aparılıb.
"Hara aparıldığımızı bilmirdik. Sürücü nə ingilis, nə də rusca danışırdı. Yolda gedərkən küçələrdə get-gedə daha az insan görürdük, sonunda bütün yollar boşaldı, heç polis karvanı da yox idi"- deyə jurnalist yazıb.
Nəhayət, jurnalisti Kim Çenın böyük bağçası və atasının böyük bir posteri olan daş binaya gətiriblər. Binanın arxasında isə daha kiçik, ancaq lüks villa olub.
Bura Kim Çen Inın şəxsi qəbul sarayı olan yüz bağçalı köşküdür.
Köşkdən bir qadın çıxıb və dərhal məlum olub ki, bu, Kim Çenın xanımı yox, bacısıdır. Bacısı diktatoru bütün səfərlərdə müşayət edir. "Kostyum geyinən bu qadın özünü evin xanımı kimi aparırdı. Onu ingiliscə salamladım, gülümsünüb salamımı aldı. Kim Çen isə bahalı qol saatı taxmışdı, bacısının dərisi nə qədər solğun olsa da, Kimin dərisi yanıq görünürdü. Rahat və özünə nəzarət edən adam təsiri bağışlayırdı”,- deyə jurnalist yazıb.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub