Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Beyin əməliyyatı zamanı xəstə gitara çaldı - VİDEO

Banqladeşdə unikal cərrahiyə əməliyyatı keçirilib.

31 yaşlı xəstə beyin cərrahiyəsi zamanı gitarada musiqi ifa edib.

Oxu.Az xəbər verir ki, bu haqda “USA Today” məlumat yayıb.

Fokal distoniya sindromundan əziyyət çəkən xəstə Təskin İbna Əlinin sol əl əzələlərində problem olub. Onları lazımı tezliklə idarə edə bilməyib.

Həkimlər əsl peşəsi kompüter mühəndisi olan Təskinin beyində həmin əzələlərin işinə əngəl olan toxumanı yandırıb.

Cərrahiyyə aləti onun beyninə 10,5 sm dərinlikdə daxil olduğu əsnada, Banqladeşli xəstə gitarada ifa edib.

O bundan başqa əməliyyat zamanı mobil telefondan istifadə edib və sağ əlində qəpik oynadıb. Əməliyyat uğurla nəticələnib. Təskin sol əlinin çevikliyini bərpa edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...