Ölüm vaxtını hesablayan şəbəkə hazırlandı - YENİLİK
Ölüm vaxtınızı hesablaya biləcək neyron şəbəkə yaradılır.
Mynews.az xəbər verir ki, layihə "Google" şirkəti tərəfindən həyata keçirilib. Belə ki, alqoritmlər əsasında hazırlanmış yeni neyron şəbəkəsi xəstənin səhhətini analiz edərək onun əsasında ölüm vaxtını proqnozlaşdıracaq.
Şəbəkə xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentlər də daxil olmaqla, yüz minə yaxın xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra ölüb.
Neyron şəbəkəsi ölüm vaxtını hesablamaqla yanaşı, eyni zamanda xəstəliklərin yarada biləcəyi fəsadları, xəstəxanada qalma müddətini və ya yenidən xəstəxanaya yerləşdirilmə ehtimallarını da proqnozlaşdırma qabiliyyətinə malikdir. Alqoritm PDF formatlı fayllardakı yazıları və köhnə tibbi kartları oxuya bilir, həmçinin həkimlərə öz vaxtlarına 80%-dək qənaət etməyə imkan verir. (publika.az)
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 963 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 924 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 915 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 914 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 911 dəfə oxunub