Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

92 yaşlı Kraliçanın cinsi həyatı ilə bağlı GİZLİNLƏR üzə çıxdı

Kraliça II Elizabet və həyat yoldaşı Şahzadə Filipin cinsi həyatı ilə bağlı məlumatların yer aldığı “Krazliçanın evliliyi” adlı kitab İngiltərədə mübahisələrə səbəb olub.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə çap olunan kitabda cütlüyün cinsi həyatına dair detallar yer alıb. Kitabın müəllifi yazdıqlarının hamısının gerçək olduğu ilə bağlı israr edir. Kral ailəsindən isə hələ ki, heç bir şərh verilməyib.

Kitabın müəllifi Kolin Kambell kitabda yazılanların müxtəlif etibarlı mənbələrdən əldə edildyini və bunların bir çoxunun kral ailəsinin içindən olduğunu bildirib.

Kitabda yazılanlara görə, kraliça və onun həyat yoldaşının bal ayı ilə başlayan və uzun müddət davam edən sağlam və ehtiraslı cinsi həyatları olub. Həmçinin bu məlumatların gizli olmadığı və saraydakıların detalları bildiyi vurğulanır. Şahzadə onu "sağlam həyat" əlaməti olaraq şərh edir.

Bundan başqa, kitabda şahzadə Fillipin gördüyü hər gözəl qadınla, hətta nəşrin müəllifi olan Kolinlə flört etdiyi yazılıb. Kraliçanın həyat yoldaşının sədaqətsizliyi ilə bağlı bacısı Marqaretə şikayətləndiyi bildirilir. Lakin xoşuna getməsə də, Kraliça həyat yoldaşının qarşı cinsdən çox yaxın olacağı biri ilə münasibət qurmasına icazə verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...