Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Alimlər xəstəliklərin insanın üzündən bəlli olan 8 əlamətini sadalayıblar

Amerikalı tədqiqatçılar bildirirlər ki, insanın əziyyət çəkdiyi təqribən 8 xəstəliyi müəyyən etmək üçün onun üzünə baxmaq kifayətdir.

Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, ilk növbədə üzün dərisi danışır. Məsələn, yeniyetməlik dövrünü geridə qoymuş insanın sifətində sızanaqlar və iltihab prosesi onun bağırsaq və mədəsində problemlərin olduğunu göstərir. Çox solğun dodaqlar orqanizmdə kəskin dəmir çatışmazlığından xəbər verir. Alın nahiyəsində üfüqi qırışlar dərin düşüncələrə dalmağın deyil, həzm problemlərinin əlamətidir. Şişkin sifət qalxanvarı vəzin fəaliyyətinin yoxlanılmasını tələb edir. Quru saçlar orqanizmin B7 vitamininə, xroniki solğunluq B12 vitamininə ehtiyacı olduğunu göstərir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...